Nazir: "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hava nəqliyyatı sahəsində əməkdaşlığı inkişaf etdirməliyik"
- 04 mart, 2019
- 07:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanından Azərbaycana 2016-cı ildə 7 463, 2017-ci ildə 5 dəfə çox 33 273, 2018-ci ildə isə 73 mindən çox turist gəlib.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında birbaşa aviareyslərin artımı ərəblərin qış turizminə marağını artıracaq.
“Bugünkü iclasda bu məsələyə xüsusi diqqət yetirməliyik. Hava nəqliyyatı sahəsində əməkdaşlığı inkişaf etdirməliyik. Bunun iki ölkə arasında biznes əlaqələrinin inkişafı üçün xüsusi əhəmiyyəti var”, - S.Şərifov qeyd edib.