​Nazir: "Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb"

Biznes
  • 28 iyun, 2016
  • 08:24
​Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb

Bakı. 28 iyun. REPORT.AZ/ Son iki ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 6-cı iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş. Mustafayev, həmçinin Azərbaycanda fəaliyyət göstərən macar şirkətləri haqqında da danışıb: "Hazırda Azərbaycanda 6 macar şirkəti fəaliyyət göstərir. Düşünürəm ki, müxtəlif sahələrdə əlaqələri daha da genişləndirilməsi imkanı var".