Nazir: "Azərbaycanın Aİ ölkələri ilə bərpa olunan enerji sahəsində imkanları genişdir"
- 22 sentyabr, 2025
- 10:29

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imkanlar yalnız ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji sahəsində genişdir.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) deyib.
Onun sözlərinə görə, ölkələr arasında İtaliya Azərbaycanın əsas ticarət və iqtisadi tərəfdaşı olaraq qalır: "Bu da Azərbaycan istehsalı olan neft və qaz üçün mühüm bazar olması ilə izah olunur. Biz hesab edirik ki, söhbət tək bir ölkədən getmir – hazırda biz 14 ölkəyə qaz təchizat həyata keçiririk, onların əksəriyyəti Avropa ölkələridir".
M. Cabbarov diversifikasiya barədə danışarkən isə vurğulayıb ki, fərqləndirici xüsusiyyətlərdən biri də budur ki, ölkəmiz təkcə yerli və ya xarici investorları Azərbaycanda biznes qurmağa dəvət etmir, eyni zamanda risklərin bölüşdürülməsinə də hazırdır.