Naxçıvanın xarici ticarət dövriyyəsi 20 %-dən çox artıb

Biznes
  • 11 iyun, 2026
  • 12:33
Naxçıvanın xarici ticarət dövriyyəsi 20 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 58,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 5,9 milyon ABŞ dolları ixracın, 52,9 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,3 %, idxal isə 20 % artıb.

Son nəticədə xarici ticarətdə 47 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 19,6 % çoxdur.

İxrac olunan məhsullar sırasında tütün məmulatları, vafli və vafli məmulatları, sement, alçıpan, elektrik enerjisi, mineral sular, travertin, aromatlaşdırılmış qazlı içkilər, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, buğda kəpəyi, soğan, məsaməli beton, meyvə şirələri, salfetka və çay yer alıb. Həmin məhsullar Gürcüstan, Qırğızıstan, Yəmən, İran, Türkiyə, İsrail, Suriya, İraq, Rusiya, Amerika Birləşmiş Ştatları, Qazaxıstan və Ukraynaya ixrac olunub.

Bundan başqa, 5 ay ərzində muxtar respublikada pərakəndə ticarət dövriyyəsinin dəyəri 1 il əvvələ nisbətən 0,5 % çox - 616,3 milyon manat təşkil edib. Ticarət şəbəkəsində 318 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 298,3 milyon manatlıq qeyri-qida məhsulları satılıb.

44 - Tezliklə