Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Biznes
  • 24 sentyabr, 2026
  • 09:53
Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 5,2 milyon manat güzəştli kredit verib.

"Report"un yerli bürosunun məlumatına görə, bunun 56,4 %-i kənd təsərrüfatına, 17,8 %-i xidmətə, 25,8 %-i isə sənayeyə yönəldilib.

Verilmiş kreditlər hesabına 169 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ayrılmış vəsait 149 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 40,6 % artıb.

Güzəştli kreditlərin 91,3 %-i, layihələrin isə 64,8 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.