Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 %-dən çox artıb

Biznes
  • 17 iyul, 2026
  • 14:58
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 27 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 291,5 milyon manat olub.

"Report" yerli bürosu xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,3 % çoxdur.

İndiyə qədər bölgədə 3 372 ədəd yeni nəsil NKA quraşdırılıb.

Xatırladaq ki, 6 ayda Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.

Bu, 1 il əvvələ nisbətən 15 % çoxdur.

İndiyə qədər Azərbaycan ərazisində 114 501 ədəd yeni nəsil NKA quraşdırılıb.

44 filmi