Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb

Biznes
  • 29 yanvar, 2026
  • 11:31
Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-dən çox artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 54 179 vergi ödəyicisi olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,4 % çoxdur.

Bundan başqa, nazir qeyd edib ki, il ərzində muxtar respublikada qeydiyyatda olan aktiv vergi ödəyicilərinin sayı 2,7 % artaraq 22 360, aktiv obyektlərin sayı 1,9 % artaraq 6 090, ƏDV ödəyicilərinin sayı 20,6 % artaraq 855, qeydiyyatda olan aktiv POS-terminalların sayı 65,7 % artaraq 4 296, qeydiyyatda olan yeni nəsil nəzarət kassa aparatlarının sayı 1,1 % artaraq 3 259, aktiv bank hesablarının sayı 35,7 % artaraq 29 778, yeni açılmış bank hesablarının sayı isə 18,1 % artaraq 8 234 olub.

"2025-ci ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü illə müqayisədə 19,6 % artaraq 1 milyard 227,3 milyon manat, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 21,9 % artaraq 136,5 milyon manat, yeni nəsil nəzarət kassa aparatları üzrə dövriyyə 26 % artaraq 509,8 milyon manat, vergi ödəyiciləri üzrə dövriyyə 5,9 % artaraq 1 milyard 456,5 milyon manat təşkil edib", - deyə K.Hüseynəliyev əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti