Naxçıvanda külli miqdarda qanunsuz siqaret və spirtli içkilərin satışının qarşısı alınıb
Biznes
- 15 fevral, 2023
- 08:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.
“Report” komitəyə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.
Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370 760 ədəd siqaretlər və 41 ədəd spirtli içkilər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:13
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Futbol
09:11
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
Biznes
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.10.2026)
Maliyyə
09:05
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Xarici siyasət
09:04
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır
Fərdi
09:04
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Hadisə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.10.2026)
Maliyyə
08:57
Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
Digər ölkələr
08:40
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Energetika