Naxçıvanda özəlləşdirilən dövlət əmlaklarının sayı kəskin artıb

Biznes
  • 15 aprel, 2024
  • 08:03
Naxçıvanda özəlləşdirilən dövlət əmlaklarının sayı kəskin artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti keçirdiyi hərraclarda 22 dövlət əmlakı özəlləşdirilib.

Bu barədə "Report"un yerli bürosuna nazirlikdən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,3 % çoxdur.

I rübdə muxtar respublikada özəlləşdirmədən daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 41,4 % artıb.