Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 17 % artıb

Biznes
  • 22 iyul, 2026
  • 09:52
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 17 % artıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 419 min manat vəsait daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Bundan başqa, yanvar-iyun aylarında Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni müqavilə bağlayıb. Bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. Həmçinin 134 icarə müqaviləsinin müddəti uzadılıb.

44 - Tezliklə