Naxçıvan sahibkarları 11 ayda 13 milyon manata yaxın güzəştli kredit alıb

Biznes
  • 22 dekabr, 2025
  • 11:02
Naxçıvan sahibkarları 11 ayda 13 milyon manata yaxın güzəştli kredit alıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 135 investisiya layihəsinin maliyyələşdirilməsinə 12,7 milyon manat güzəştli kredit ayırıb.

"Report"un yerli bürosu xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayı 5,4 dəfə, güzəştli kreditlərin məbləği isə 4,6 dəfə artıb.

Bu dəstək nəticəsində 350 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

11 ayda verilmiş kreditlərin ümumi məbləğinin 72,6 %-i sənayenin, 17 %-i kənd təsərrüfatının, 10,4 %-i isə xidmət sahələrin payına düşüb. Maliyyələşdirilmiş layihələrin 93,3 %-i, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 69,8 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti