Naxçıvan gömrükçüləri proqnozdan 5 dəfə çox yol vergisi toplayıb

Biznes
  • 04 iyun, 2024
  • 06:57
Naxçıvan gömrükçüləri proqnozdan 5 dəfə çox yol vergisi toplayıb

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə Naxçıvan Muxtar Respublikasının büdcəsinə yol vergisi üzrə 2 milyon 45 min manat proqnoza qarşı 10 milyon 460 min manat vəsait daxil olub.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Məlumata görə, bu, nəzərdə tutulan proqnozdan 8 milyon 415 min manat və ya 5,11 dəfə çoxdur.