Moskva sərgisində erməni təxribatının qarşısı alınıb

Biznes
  • 07 fevral, 2018
  • 12:37
Moskva sərgisində erməni təxribatının qarşısı alınıb

Bakı. 7 fevral. REPORT.AZ/ Moskvada (Rusiya) keçirilən "Prodexpo-2018" beynəlxalq ərzaq sərgisində Azərbaycanın işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərən "Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına İqtisadiyyat Nazirliyi tərəfindən dərhal reaksiya verilib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın işğal altında olan ərazisində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin "Prodexpo-2018" sərgisində iştirakının beynəlxalq hüquq normalarına zidd və yolverilməz olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) vasitəsilə rəsmi olaraq Sərginin təşkilatçısı - "ExpoCentre" ASC-yə çatdırılıb.

İqtisadiyyat Nazirliyi və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti nəticəsində "ExpoCentre" ASC tərəfindən "Stepanakert Konyak Zavodunun" sərgidə iştirakının qarşısı alınıb.

44 - Tezliklə