MODON: Səudiyyə Ərəbistanının qida və içki sektorunda müəssisələrin sayı 1 800-ü ötüb

Biznes
  • 16 iyun, 2026
  • 16:49
MODON: Səudiyyə Ərəbistanının qida və içki sektorunda müəssisələrin sayı 1 800-ü ötüb

Son 5 ildə Səudiyyə Ərəbistanında qida və içki sektorundakı müəssisələrin sayı 2,7 dəfədən çox artaraq 1 800-ü ötüb.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Sənaye Şəhərləri və Texnologiya Zonaları Qurumunun (MODON) Sənaye Şəhərləri Əməliyyatları üzrə İcraçı Vitse-Prezidenti Mosaedah Al-Drees Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "halal sənaye zonaları – təkmilləşdirilmiş halal ekosisteminin inkişafı" tədbirində bildirib.

"Biz Krallıq miqyasında 42 sənaye şəhərinə nəzarət edirik. Bu sənaye şəhərləri təxminən 130 milyard ABŞ dolları artan investisiya hesabına 9000-dən çox sənaye, logistika və xidmət müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı, sənaye şəhərləri tədarük zəncirinin inteqrasiyasını gücləndirir, qabaqcıl logistikanın inkişafına şərait yaradır və ümumi məhsuldarlığın artırılmasına töhfə verir. Səudiyyə Ərəbistanının ixrac və investisiya yönümlü strateji coğrafi mövqeyi investorların həm regional, həm də beynəlxalq bazarlara çıxışını asanlaşdırır və sənaye genişlənməsinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.

Son 5 ildə sənayeyı ayrılmış torpaq sahəsi 15,5 milyon kvadratmetri ötüb. Eyni dövrdə qida və içki sektoruna ayrılan sahələr 3,5 dəfədən çox artıb, 10,5 milyon kvadratmetrdən artıq əraziyə 1 360-dan çox investor cəlb olunub. Son 5 ildə əczaçılıq sektoruna ayrılan torpaq sahələri isə təxminən 2 dəfə və yaxud 1,2 milyon kvadratmetr artıb, investorların sayı isə 150-ni keçib", - deyə qeyd edib.

44 filmi