Misirdən Azərbaycana limon və laym tədarükü bərpa edilib

Biznes
  • 15 sentyabr, 2022
  • 13:27
Misirdən Azərbaycana limon və laym tədarükü bərpa edilib

Bu ilin I yarısında Azərbaycana xaricdən 7,7 milyon ABŞ dolları dəyərində 10 min 161 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,3 %, kəmiyyət olaraq – 23,7 % çoxdur.

Hesabat dövründə Türkiyədən 7,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 9 min 942 ton (+43,7 %), Cənubi Afrikadan (CAR) 219 min ABŞ dolları dəyərində (-86,1 %) 175,1 ton (-86 %), Braziliyadan 34 min ABŞ dolları dəyərində (+23,3 %) 18,3 ton (+24 %), Misirdən 24 min ABŞ dolları dəyərində 23,7 ton, Meksikadan 4 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 2 ton (+2,6 dəfə) məhsul alınıb.

İki il 8 ayın tamamında Misirdən tədarük bərpa edilib.

Ötən il Azərbaycanın idxal etdiyi (7 ölkədən) 16,9 min ton limon və laymın 85,6 %-i Türkiyənin, 13,9 %-i Cənubi Afrikanın payına düşüb.

44 - Tezliklə