Mikayıl Cabbarov: "SABAH” qrupları ölkədə tərəqqiyə mühüm töhfələr verir"

Biznes
  • 07 iyul, 2023
  • 07:02
Mikayıl Cabbarov: SABAH” qrupları ölkədə tərəqqiyə mühüm töhfələr verir

Yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafı ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

"SABAH” qrupları layihəsi savadlı, bacarıqlı və innovativ səriştələr əldə etmiş gənc nəslin formalaşması və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Bu tarixin bir hissəsi olmaq qürurvericidir. Dövlət başçısının və Birinci vitse-prezidentin dəstəyi ilə reallaşdırılan bu layihənin inkişaf etdirilməsində əməyi olan hər kəsə təşəkkürümüzü bildirir, onlara uğurlar və yeni nailiyyətlər arzulayırıq", - deyə o qeyd edib.

44 filmi