Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirib

Biznes
  • 01 avqust, 2022
  • 11:50
Mikayıl Cabbarov Özbəkistanda görüşlər keçirib

İlk xəbər saat 15:30-da verilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın paytaxtı Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olub, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

"Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq", - o deyib.

Bundan başqa, M.Cabbarov Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb. 

"Dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik" - o əlavə edib. 

44 - Tezliklə