"Mərmər İnşaat"ın səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 25 sentyabr, 2026
  • 13:29
Mərmər İnşaatın səhmdarlarının yığıncağı keçiriləcək

Sentyabrın 23-də, saat 09:00-da "Mərmər İnşaat" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 30 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi daxildir.

Xatırladaq ki, "Mərmər İnşaat" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,6 milyon manatdır. Şirkətin səhmdarı 100 % Hürzat Axundovadır.