Maltanın sabiq Baş naziri: "Dünyada təchizat zənciri dəyişərək yeni formaya düşür"

Biznes
  • 14 mart, 2025
  • 13:49
Maltanın sabiq Baş naziri: Dünyada təchizat zənciri dəyişərək yeni formaya düşür
Cozef Muskat

Hazırda dünyada ticarəti kiçik ölkələr təşviq edir.

“Report” xəbər verir ki, bunu Maltanın sabiq Baş naziri Cozef Muskat XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər qlobal ticarəti əsasən böyük dövlətlər təşviq edirdi, lakin hazırda bu prosesdə kiçik ölkələr mühüm rol oynayır: “Bu, qloballaşmanın gətirdiyi yeniliklərdən biridir və eyni zamanda bir sıra yeni fürsətlər yaradır”.

C.Muskat bildirib ki, iqtisadiyyat asılılıq nəzəriyyəsinə əsaslanır və hazırda dünyada təchizat zənciri dəyişərək yeni formaya düşür.

O əlavə edib ki, bəzi kiçik dövlətlər, o cümlədən Malta, böyük güclərə qarşı özünü necə qorumağı tam bilmir: “Bununla yanaşı, Rusiya qlobal miqyasda böyük güc hesab olunur, amma onun iqtisadiyyatı Kaliforniyanın iqtisadiyyatı qədərdir. O zaman Rusiya niyə böyük güc kimi qəbul edilir?”