Lənkəranda bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verilib

Biznes
  • 08 yanvar, 2024
  • 10:07
Lənkəranda bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Lenk Fruit” MMC-nin intensiv sitrus meyvələrinin yetişdirilməsi üçün bağçılığın inkişafı layihəsinə 1 milyon manat güzəştli kredit verib.

“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Lənkəranda icra olunacaq layihə nəticəsində 30 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

44 filmi