KOSGEB: Azərbaycan İƏT dövlətləri və KOB dəstək təşkilatları üçün əməkdaşlığı təşviq edən platformadır

Biznes
  • 07 oktyabr, 2025
  • 12:38
KOSGEB: Azərbaycan İƏT dövlətləri və KOB dəstək təşkilatları üçün əməkdaşlığı təşviq edən platformadır

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri, KOB dəstək təşkilatları üçün əməkdaşlığı, bilik mübadiləsini və potensialın artırılması fəaliyyətlərini təşviq edən platformadır.

"Report" xəbər verir ki, bunu Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) İdarə Heyətinin sədri Ahmet Serdar İbrahimcioğlu II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsindəki "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində KOB-ların dəstəyi ilə məşğul olan təşkilatların əməkdaşlığının təşviqi: İƏT KOB Şəbəkəsinin ilk iclası" mövzusunda panel müzakirəsində bildirib.

O bildirib ki, bu fəaliyyətlər sayəsində təşkilatlar dayanıqlı siyasət həyata keçirə biləcək və KOB-ları sürətlə dəyişən qlobal bazarlarda daha dayanıqlı və rəqabətqabiliyyətli edəcək: "Biz innovativ, rəqabətqabiliyyətli, transformasiyaya yönəlmiş və qloballaşmış KOB-ları təşviq etmək missiyası ilə, Türkiyə KOB-larına maliyyə və məsləhət xidmətləri göstəririk. Strateji planımız kompakt, əlçatan, rəqəmsal və qlobal bir qurum kimi fomalaşmaqdır".

Onun sözlərinə görə, bu vizyona çatmaq üçün dəstək proqramları dörd əsas istiqamətdə təşkil edilib: "Bura sahibkarlıq, miqyaslaşdırma, dayanıqlılıq və qlobal rəqabətqabiliyyətlilik daxildir. Onlar milli və beynəlxalq KOB inkişafı prioritetlərinə uyğundur"

Son xəbərlər

Bütün Xəbər Lenti