Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdirilir
- 01 aprel, 2017
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 aprel. REPORT.AZ/ Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin (NMM) yeri dəyişdirilir.
Mərkəzdən “Report”a verilən məlumata görə, yeni iş həftəsindən etibarən NMM müvəqqəti olaraq metronun “Koroğlu” stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq.
Məqsəd paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.
Dəyişikliklə əlaqədar Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat löhvələrinin yerləşdirilməsinə başlanıb.