​​​​​​​KOBİA-ya məxsus şirkətin nizamnamə kapitalı bir qədər də artırılıb

Biznes
  • 02 yanvar, 2021
  • 08:30
​​​​​​​KOBİA-ya məxsus şirkətin nizamnamə kapitalı bir qədər də artırılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin nizamnamə kapitalı daha 3,5 milyon və yaxud 4,5 dəfə artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 1 milyon manatdan 4,5 milyon manata çatdırılıb.

Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

44 - Tezliklə