KOBİA və Misirin müvafiq təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Biznes
  • 25 fevral, 2022
  • 09:53
KOBİA və Misirin müvafiq təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Bakıda keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" KOBİA-ya istinadən xəbər verir ki, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Misirin Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat mzalayıblar.

Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir.

Komissiyanın iclasındakı çıxışında O.Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

44 - Tezliklə