KOBİA: "Tikinti sektorundan müxtəlif müraciətlər daxil olur"

Biznes
  • 07 iyul, 2023
  • 08:19
KOBİA: Tikinti sektorundan müxtəlif müraciətlər daxil olur

Azərbaycanda tikinti məqsədli xammal ehtiyatlarından istifadə qaydalarının qəlizliyi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciətlər daxil olur.

"Report" xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.

"Tikinti sektoru digər sahələrin inkişafina da səbəb olur. Bu sektorun iqtisadiyyatda yaratdığı dəyər aspektindən yanaşsaq xammal ehtiyatlarından istifadə əlçatan olmalıdır. KOBİA-ya həmçinin tikinti sektorunda fəaliyyət göstərənlərdən güzəştli maliyyə mənbələrinə çıxışların məhdud olması bağlı müraciətlər daxil olur: Bu sahədə maliyyə mənbələrinə çıxış da əlçatan olmalıdır", - deyə o qeyd edib.

44 - Tezliklə