KOBİA təhsil, elm və tədqiqat üzrə 26 layihəyə 500 min manat qrant ayırıb

Biznes
  • 19 yanvar, 2023
  • 07:15
KOBİA təhsil, elm və tədqiqat üzrə 26 layihəyə 500 min manat qrant ayırıb

İndiyə qədər İqtisadiyyat Nazirliyinin tabeliyində  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli KOB-ların təhsil, elm və tədqiqat istiqamətləri üzrə 26 layihəsinin maliyyələşdirilməsinə 500 min manatdan çox qrant ayırıb.

"Report" xəbər verir ki, bunu Agentliyin  İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Belə layihələrə maliyyə dəstəyi verilməsi 2022-ci ildə də davam etdirilib. Bu məqsədlə keçirdiyimiz 2-ci qrant müsabiqəsinə təqdim edilmiş layihələrdən 12-si maliyyələşdirilib. Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Hazırda 3-cü qrant müsabiqəsinə təqdim olunmuş layihələrin qiymətləndirilməsi həyata keçirilir və nəticələr fevral ayında elan olunacaq", - deyə o qeyd edib.

44 filmi