KOBİA Qətərin Ticarət və Sənaye Nazirliyi ilə əməkdaşlıq edəcək
- 13 dekabr, 2021
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Sultan bin Rashid Al-Khater ilə görüşüb.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları, Agentliyin bu sahədə təcrübə mübadiləsində maraqlı olduğu vurğulanıb, KOB-lar arasında ticarət əlaqələrinin inkişafına və nazirliklə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin, Qətərə səfər çərçivəsində KOBİA nümayəndələri bu ölkənin Bələdiyyə Nazirliyində olublar.
O. Məmmədov və Qətərin Bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie arasında keçirilmiş görüşdə KOB sahəsində mümkün əməkdaşlığa, Azərbaycan və Qətər sahibkarları arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.