KOBİA ötən il 1 050 KOB subyektinin 26 sərgi və yarmarkada iştirakına dəstək verib

Biznes
  • 19 yanvar, 2023
  • 07:30
KOBİA ötən il 1 050 KOB subyektinin 26 sərgi və yarmarkada iştirakına dəstək verib
Orxan Məmmədov

2022-ci ildə  İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək məqsədilə 1 050 KOB subyektinin 26 sərgi və yarmarkada (7-si xaricdə, 19-u ölkədə olmaqla) iştirakına təmənnasız dəstək göstərilib.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində Agentlik 3 satış nöqtəsində ümumilikdə, 24 sahibkarlıq subyektinin məhsullarının satışına şərait yaradıb. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə yalnız 50%-ni ödəyir", - deyə o qeyd edib.

44 filmi