KOBİA: "İstehsalçılar məhsullarını böyük ticarət şəbəkələrinə çıxara bilmirlər"
- 19 yanvar, 2023
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda istehsalla məşğul olan sahibkarlar məhsullarını böyük ticarət şəbəkələrinə çıxara bilmirlər.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
"KOBİA bu məsələdə iş adamlarına dəstək göstərir. Böyük mağazalarda nöqtələrimiz yaradılıb ki, sahibkarlar təmənnasız məhsullarını təqdim edib sata bilsinlər. Bir çox dövlət qurumlarının, o cümlədən KOBİA-nın dəstək mexanizmləri olsa da, regionlarda olanda görürük ki, sahibkarlar bunlardan xəbərsizdirlər. Həmkarlarla birlikdə çalışırıq ki, sahibkarlar dəstək mexanizmlərindən məlumatlı olsunlar", - deyə o qeyd edib.