KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb

Biznes
  • 09 sentyabr, 2024
  • 07:17
KOBİA ACWA Power Azerbaijan Renewable Energy ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ACWA Power Azerbaijan Renewable Energy" MMC arasında KOB-ların "yaşıl keçid"i üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənədə Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda imza atılıb.

Memorandum KOB subyektlərinin "yaşıl iqtisadiyyat"a keçidinə dəstək məqsədilə birgə əməkdaşlığı nəzərdə tutur.

KOB-ların yaşıl transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək KOBİA tərəfindən KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb və bu, KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası Bəyannaməsində öz əksini tapıb. Tədbir çərçivəsində müvafiq bəyannamə COP29-un prezidentinə təqdim edilib.

44 filmi