KOBİA ABŞ-Azərbaycan Ticarət Palatasına üzv olub

Biznes
  • 17 avqust, 2022
  • 08:21
KOBİA ABŞ-Azərbaycan Ticarət Palatasına üzv olub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ABŞ - Azərbaycan Ticarət Palatasına üzv olub.

"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-larla bağlı birgə təşəbbüslərin icrasına xidmət edəcək.

44 - Tezliklə