KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Biznes
  • 14 iyun, 2019
  • 14:10
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Kiçik və orta biznes subyektləri üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edilir.

KOBİA-dan “Report”a verilən məlumata görə, Agentliyin təşkilatçılığı ilə növbəti belə təlim bu gün “Kommunikasiyanın və informasiyanın idarə olunması” mövzusunda keçirilib.

Təlimdə sahibkarlar, menecer və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar effektiv ünsiyyət, jest və mimikanın ünsiyyət prosesində rolu, işgüzar danışıqlar, görüş zamanı “30 saniyə qaydası” və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.