"Kercom" MMC-yə məxsus "Mr.Bee" brendi ötən il müxtəlif sərgi və tədbirlərdə uğurla təmsil olunub

Biznes
  • 10 fevral, 2018
  • 11:45
Kercom MMC-yə məxsus Mr.Bee brendi ötən il müxtəlif sərgi və tədbirlərdə uğurla təmsil olunub

Bakı. 10 fevral. REPORT.AZ/ "Kercom" MMC-ə məxsus "Mr.Bee" brendi ötən il müxtəlif sərgi və tədbirlərdə uğurla təmsil olunub.

"Report"un xəbərinə görə, Mr.Bee brendi 2017-ci il 3-8 dekabr tarixlərində “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Səudiyyə Ərəbistanın Ciddə şəhərlərinə təşkil edilmiş ixrac missiyasında təmsil olunub.

Müsabiqə nəticəsində seçilmiş yerli Azərbaycan şirkətləri arasında yer alan Kercom MMC hər iki ixrac missiyasında Azərbaycan bal məhsullarını uğurla nümayiş etdirib.

Səfər çərçivəsində missiya iştirakçıları yerli bazar və iri market şəbəkələrində olub, həmçinin ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə ərəb şirkətləri ilə birgə əməkdaşlıq, Azərbaycan məhsullarının iri market şəbəkələrində satışı məsələləri müzakirə edilib.

"Kercom" MMC nümayəndəliyi "Mr.Bee" brendi altında Azərbaycan bal məhsullarının ərəb şirkətlərinə təqdimatını həyata keçirib. Qeyd edək ki, məhsullarımız hər iki ixrac missiyasında böyük maraqla qarşılanıb. Kercom şirkəti Azərbaycan balının ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıb. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Keçən il sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Dövlət başçısı müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.

Sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin məhsulları nümayiş olunub. Təbii Azərbaycan balını təmsil edən Kercom MMC-ə məxsus Mr.Bee brendi də sərgidə yer alıb.

Qeyd edək ki, "Mr.Bee" 20 ilin təcrübəsinə əsaslanan istehsal prinsipləri ilə seçilən, Azərbaycanın şimal-qərb rayonlarından tədarük edilən təbii və keyfiyyətli bal brendidir. Azərbaycan iqtisadiyyatının inkişafına dəstəklə yanaşı, həmçinin “Made in Azerbaijan” brendinin də xarici bazarda tanınmasını hədəf alan "Mr.Bee" bu istiqamətdə aktiv fəaliyyət göstərməkdədir.

Mr.Bee brendinin məxsus olduğu Kercom şirkəti keçən il 26-27 oktyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin 4-cü Biznes Forumunda təmsil olunub.

Forum “Rəqəmsal iqtisadiyyat: Şəffaf və sərhədsiz biznes üçün innovativ platforma” adı altında beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, şəffaflığın, yeni biznes imkanlarının təmin edilməsi, həmçinin Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilib.

Avropa İttifaqı Şurasına sədrlik edən Estoniya Respublikasının prezidenti Kerst Kalyulaydın açılış nitqi ilə başlayan forumun əsas mövzusu rəqəmsal cəmiyyət və innovasiyalar olub. Tədbir B2B görüşləri ilə davam edib.

Qeyd edək ki, tədbirdə Avropa İttifaqının siyasət adamları, hökumət strukturlarının nümayəndələri, həmçinin Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin 500-dən çox iş adamları iştirak edib.