Kəngərlidəki “Çalxanqala IV” əhəng xammalı yatağı 5 il müddətinə istifadəyə verilib
- 30 iyun, 2025
- 17:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerin təkinin istifadəyə verilməsi məqsədilə növbəti dəfə hərrac keçirib.
"Report"un yerli bürosu xəbər verir ki, hərraca Kəngərli rayonundakı “Çalxanqala IV” əhəng xammalı yatağı çıxarılıb.
Ümumi sahəsi 2,2 hektar, ehtiyat həcmi isə 943 500 kubmetr olan yataq 94 350 manata investorlara təklif olunsa da, yekunda 104 000 manata satılıb.
Hərracın qalibi olan şirkətə yataqdan 5 il istifadə hüququ veriləcək. Bununla bağlı zəruri hüquqi və texniki prosedurlara artıq başlanılıb.
Hərrac ölkə Prezidentinin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun təşkil edilib.