İtaliyadan Azərbaycana sement tədarükü bərpa edilib
- 12 oktyabr, 2022
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 7 ayında Azərbaycan 16,749 milyon ABŞ dolları dəyərində 379 min 343 ton sement ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 21,1 % çoxdur.
Gürcüstana 16,748 milyon ABŞ dolları dəyəridə (bir il əvvəlki göstəricidən 48,8 % ) 379 min 342 ton (+21,1 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,16 min ABŞ dolları dəyərində 1,5 ton, Almaniyaya 0,09 min ABŞ dolları dəyərində 0,15 ton və Türkiyəyə 0,07 min ABŞ dolları dəyərində 0,06 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Altı il 2 aylıq aradan sonra Almaniyaya tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana 3,232 milyon ABŞ dolları dəyərində (+47,2 %) 17 min 345 ton (+38,5 %) sement idxal edilib.
Rusiyadan 2,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47,2 % çoxdur) 10 min 431 ton (+40 %), İrandan 522,41 min ABŞ dolları dəyərində (+26,1 %) 4 min 463 ton (+25,7 %), Türkiyədən 494,58 min ABŞ dolları dəyərində (+76,4 %) 2 min 447 ton (+64 %), Amerika Birləşmiş Ştatlarından 5,23 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,38 ton (+38 dəfə), Fransadan 0,67 min ABŞ dolları dəyərində 0,04 ton (tədarük olmayıb) məhsul alınıb.
Dörd il 3 aylıq fasilənin ardından İtaliyadan tədarük bərpa edilib. Həmin ölkədən 1,68 min ABŞ dolları dəyərində 2,8 ton sement gətirilib.