İspaniyadan Azərbaycana alkoqolsuz pivə tədarükü bərpa edilib
- 09 sentyabr, 2022
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin birinci yarısında Azərbaycana 661,78 min ABŞ dolları dəyərində 74 min dekalitr alkoqolsuz pivə idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,2 % azdır, kəmiyyət olaraq – 2,3 % çoxdur.
Hesabat dövründə Rusiyadan 320,43 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 35,4 % azdır) 32,94 min dekalitr (-35,3 %), Türkiyədən 176,15 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 13,39 min dekalitr (+2,3 dəfə), İrandan 139,6 min ABŞ dolları dəyərində (+81,3 %) 26,32 min dekalitr (+83,5 %), Almaniyadan 23,49 min ABŞ dolları dəyərində (+19,4 %) 1,19 min dekalitr (+15,5 %), Belarusdan 0,75 min ABŞ dolları dəyərində (-58,6 %) 0,08 min dekalitr (-60 %) məhsul gətirilib.
Bir il 9 aylıq fasilənin ardından İspaniyadan tədarük bərpa edilib. Bu ölkədən 0,74 min ABŞ dolları dəyərində 0,04 min dekalitr alkoqolsuz pivə alınıb.