İngiltərə şirkətinin iştirakı ilə Qarabağda heyvandarlıq kompleksi inşa ediləcək

Biznes
  • 25 avqust, 2023
  • 11:17
İngiltərə şirkətinin iştirakı ilə Qarabağda heyvandarlıq kompleksi inşa ediləcək

“Azərşəkər” MMC ilə İngiltərənin “Genus ABS Global” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, memorandumun məqsədi ölkədə heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, xüsusilə də rəqabətqabiliyyətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır.

Heyvandarlıq təsərrüfatının (kompleksinin) işğaldan azad edilmiş ərazilərimizdə yaradılması nəzərdə tutulur.

Sənədi “Azərşəkər”in İdarə Heyətinin sədri Anar Mehdiyev və “Genus ABS Global” şirkətinin region üzrə direktoru Mark Smit imzalayıblar.

44 - Tezliklə