IsDB ilə keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə tam uyğunlaşdırılması müzakirə edilib
- 02 oktyabr, 2026
- 17:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) arasında ölkəmizin keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə tam uyğunlaşdırılması, o cümlədən texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrinin inkişafı istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Cəfər Babayev IsDB-nin ölkə üzrə iqtisadçısı Cem Tintinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, rəqabətin təmin olunması və keyfiyyət infrastrukturu sahəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə birgə fəaliyyət imkanlarının nəzərdən keçirilməsi və potensial layihələrin reallaşdırılması məsələləri ətrafında fikir übadiləsi aparılıb.