İranın Culfa Gömrük İdarəsi üzərindən idxal-ixrac əməliyyatları artıb

Biznes
  • 04 dekabr, 2023
  • 07:57
İranın Culfa Gömrük İdarəsi üzərindən idxal-ixrac əməliyyatları artıb

İran təqvim ilinin (martın 21-dən noyabrın 22-dək) ilk 8 ayında Azərbaycanla sərhəddə yerləşən Culfa Gömrük İdarəsindən dəyəri 101 milyon ABŞ dollarından çox olan 184 min tondan çox qeyri-neft məhsulu ixrac edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Culfa Gömrük İdarəsinin baş direktoru Məhəmməd Xəlili bildirib.

Onun sözlərinə görə, malların ixracı 17 % artıb: “Bu dövrdə əsasən qurudulmuş qoz-fındıq, neft məhsulları, tikinti boyası, kafel və keramika məhsulları ixrac edilib. Məhsullar Türkiyə, Azərbaycan, İraq, Rusiya, Gürcüstan, Əfqanıstan, Türkmənistan və Qazaxıstana göndərilib.”

O qeyd edib ki, 8 ayda Culfa Gömrük İdarəsi vasitəsi ilə Azərbaycandan İrana dəyəri 507 milyon ABŞ dollarından çox olan 171 min tondan çox qeyri-neft məhsulu idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.

44 filmi