İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Biznes
  • 21 fevral, 2023
  • 08:49
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 24-də Şirvanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.