İqtisadiyyat nazirinin vətəndaş qəbulu təxirə salınıb

Biznes
  • 24 yanvar, 2023
  • 12:49
İqtisadiyyat nazirinin vətəndaş qəbulu təxirə salınıb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun yanvarın 27-də Neftçalada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.