İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək

Biznes
  • 27 mart, 2023
  • 12:36
İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək

Martın 30-da iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, qəbul saat 11:00-da Tərtər şəhəri, Heydər Əliyev prospekti, 46 ünvanındakı Gənclər Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyənlər nazirliyin “195-1” Çağrı Mərkəzində və yaxud rəsmi internet səhifəsində qeydiyyatdan keçə bilərlər.