İqtisadiyyat naziri: "Ermənistan Azərbaycandan mal idxalında maraqlıdır"
- 27 oktyabr, 2025
- 18:11
Ermənistan Azərbaycandan mal idxalında maraqlıdır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivləri ilə bağlı sualı şərh edərkən bildirib.
O qeyd edib ki, həmmüəlliflə birlikdə iki ölkənin ticarət perspektivləri haqqında məqalə hazırlayıb və bu məqalə yaxın vaxtlarda elmi jurnallardan birində dərc olunacaq.
"Xüsusilə, biz nümayiş etdirdik ki, Azərbaycanın ixracının əhəmiyyətli hissəsi bizim idxal tələbatımıza uyğun gəlir və əksinə. Yəni biz bir-birimizə çoxlu mal sata bilərik", - nazir qeyd edib.
Ermənistanın Türkiyə ilə ticarətinə gəlincə, onun dəyəri ildə 750-800 milyon ABŞ dollarına qədər arta bilər [2024-cü ildəki 336 milyon dollarla müqayisədə - red.]", - G. Papoyan deyib.