İpoteka və Kredit Zəmanət Fondu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib
- 18 mart, 2023
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
İpoteka və Kredit Zəmanət Fondu ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Belə ki, aksiya çərçivəsində Fondun rəhbərliyi və kollektivinin iştirakı ilə paytaxtın Xətai rayonunda yerləşən Gənclik parkında şam ağacları əkilib.
Qeyd edək ki, 2022-ci il sentyabr ayının 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”, - sərəncamda qeyd olunub.