İnvestisiya və Gənc Sahibkarlar Forumu çərçivəsində panel müzakirələri olub
- 18 noyabr, 2022
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun 2-ci günündə "Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar" və "Unikorna gedən yol: İnvestorların gözləntiləri" mövzularında panel müzakirələr təşkil olunub.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə dünyada sahibkarlığın artan rolu, bu sahədə yeni trendlər, innovativ inkişaf, startapların maliyyələşdirilməsi, investorların startaplardan gözləntiləri kimi mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.
Həmçinin forum çərçivəsində startapların təqdimatları davam edib, iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər keçirilib.