“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Biznes
  • 03 aprel, 2023
  • 08:03
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Artan qeyri-müəyyənliklər dollar üzərində təzyiqləri artırır

"İnvestAZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddətdə gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftə ABŞ-da açıqlanmış ümumi daxili məhsul (ÜDM) göstəricisinin proqnozdan az olması, eləcə də, İngiltərədə açıqlanmış iqtisadi inkişaf səviyyəsinin proqnozdan çox olması, avrozonada ehtimalların üzərində dərc olunmuş inflyasiya göstəriciləri fonunda EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1,09$ və 1,24$ hədlərinə kimi artdı.

Lakin cümə günü ABŞ-da açıqlanmış və Federal Ehtiyat Sisteminin (FED) inflyasiya göstəricilərindən biri kimi qəbul etdiyi Fərdi İstehlak Xərclərinin fevral ayında 0,2 % artaraq proqnozları üstələməsi, həmçinin ərzaq məhsulları və enerji istisna olmaqla Baza Şəxsi İstehlak Xərcləri Qiymət İndeksinin isə aylıq 0,3 %, illik isə 4,6 % artması dollar indeksinə bir qədər dəstək oldu.

Digər tərəfdən FED rəsmilərinin monetar siyasətin gələcəyi ilə bağlı verdiyi açıqlamalar da DXY-ın 101,7 bənddən 102,2 bəndə kimi yüksəlməsinə səbəb oldu.

Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də “NFP” DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.

EUR

Bu həftə Almaniyada və avrozonada açıqlanacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri EUR/USD məzənnəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EUR/USD 1,09$ üzərində möhkəmlənərsə, avro dollar qarşısında 1,11$ hədlərinə qədər bahalaşa bilər.

GBP

Ötən həftəni 1,22$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri ciddi təsir edə bilər.

GOLD

Cümə günü FED-in inflyasiya göstəricisi olaraq qəbul etdiyi Fərdi İstehlak Xərcləri və ərzaq məhsulları və enerji istisna olmaqla Baza Şəxsi İstehlak Xərcləri Qiymət İndeksinin proqnozların üzərində açıqlanması fonunda qızılın unsiyasının qiyməti azalaraq həftəni 1 969$ səviyyəsində başa vurdu.

Təhlillərə əsasən bu həftə Amerikada açıqlanacaq əmək bazarı xüsusilə də NFP, eləcə də Amerika, avrozona və İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1 950$ həddinin altına düşsə, 1 933$-a və 1 920$-a kimi düşə bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti”nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır