Prezident: "Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub"
- 22 sentyabr, 2025
- 10:18

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib.
"Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb.
Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir", - deyə o qeyd edib.