İki ölkədən Azərbaycana qərənfil idxalı bərpa edilib
- 15 oktyabr, 2022
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 148,1 min ABŞ dolları dəyərində 2 milyon 405 min ədəd qərənfil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28,5 %, kəmiyyət olaraq – 44,6 % azdır.
Türkiyədən 135,71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 2 milyon 380 min ədəd (-45 %), İtaliyadan 9,02 min ABŞ dolları dəyərində (+4,2 dəfə) 20,32 min ədəd (+5,1 dəfə), Ekvadordan 1,23 min ABŞ dolları dəyərində (+64 %) 2 min ədəd (+57 %), Niderlanddan 0,96 min ABŞ dolları dəyərində (+2,1 %) 1,24 min ədəd (-7,5 %), Kolumbiyadan 0,81 min ABŞ dolları dəyərində (+65,3 %) 0,84 min ədəd (+50 %) gül alınıb.
İki il 2 aylıq fasilənin ardından İsraildən, 1 il 2 aylıq aradan sonra Həbəşistandan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,1 min ABŞ dolları dəyərində 0,11 min ədəd və 0,05 min ABŞ dolları dəyərində 0,06 min ədəd məhsul idxal edilib.
Hesabat dövründə Azərbaycandan xaricə (bir il əvvəl də olduğu kimi ancaq Rusiyaya) 148,92 min ABŞ dolları dəyərində (+5 dəfə) 612,5 min ədəd (+73 %) qərənfil göndərilib.