İki ölkədən Azərbaycana peçenye tədarükü bərpa edilib

Biznes
  • 07 oktyabr, 2022
  • 13:45
İki ölkədən Azərbaycana peçenye tədarükü bərpa edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 17,7 milyon ABŞ dolları dəyərində 9 min 110 ton şirin quru peçenye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,7 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Türkiyədən 6,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 57,6 % çoxdur) 2 min 432 ton (+21,8 %), Rusiyadan 4,7 milyon ABŞ dolları dəyərində (+17,6 %) 2 min 074 ton (+2,7 %), İrandan 2,9 milyon ABŞ dolları dəyərində (+86,5 %) 3 min 573 ton (+86,9 %), Ukraynadan 1 milyon ABŞ dolları dəyərində (-51 %) 385,6 ton (-62 %), Qazaxıstandan 904 min ABŞ dolları dəyərində (-32 %) 293,3 ton (-37 %) məhsul alınıb.

Beş ilin tamamında İndoneziyadan, 2 il 5 aylıq fasilədən sonra İsveçdən tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,1 min ABŞ dolları dəyərində 0,01 ton və 24 min ABŞ dolları dəyərində 3,5 ton peçenye idxal edilib.

Hesabat dövründə Azərbaycan 416 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 286 ton (+2,3 dəfə) peçenye ixrac edib.

Gürcüstana 153 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 136,1 ton (+2,6 dəfə), Qazaxıstana 84 min ABŞ dolları dəyərində (+466 dəfə) 25,7 ton (+433 dəfə), Türkiyəyə 34 min ABŞ dolları dəyərində 16,5 ton, İraqa 27 min ABŞ dolları dəyərində 21,7 ton, Ukraynaya 26 min ABŞ dolları dəyərində 22,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Bir il 8 aylıq fasilənin ardından İraqa, 1 illik aradan sonra Türkiyəyə tədarük bərpa edilib.

44 - Tezliklə