İki ölkədən Azərbaycana mandarin tədarükü bərpa edilib

Biznes
  • 09 dekabr, 2022
  • 13:18
İki ölkədən Azərbaycana mandarin tədarükü bərpa edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 5,1 milyon ABŞ dolları dəyərində 7 min 127 ton mandarin idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,9 % azdır, kəmiyyət olaraq – 2 % çoxdur.

Hesabat dövründə Türkiyədən 4,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 6 min 429 ton (+19,6 %), Pakistandan 335 min ABŞ dolları dəyərində (-60,4 %) 419,2 ton (-60,3 %), Misirdən 106 min ABŞ dolları dəyərində (+65,6 %) 139,2 ton (+63,5 %), Perudan 34 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 42,3 ton (+3 dəfə), Cənubi Afrikadan 31 min ABŞ dolları dəyərində (+34,8 %) 38,85 ton (+44,4 %) məhsul alınıb.

İki il 7 aylıq aradan sonra İspaniyadan, 2 il 3 aylıq fasilənin ardından Mərakeşdən tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,03 min ABŞ dolları dəyərində 0,04 ton və 21,8 min ABŞ dolları dəyərində 27,2 ton mandarin gətirilib.

Ötən il Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 8 min 676 ton mandarinin 79 %-i Türkiyənin payına düşüb.